Bakı. Trend:
Şagirdlər arasında toqquşma, zədələnmə halları olur.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, bu, müvafiq qaydada araşdırılır.
“Məktəb və bağçalarda milyondan çox uşaq təhsil alır. Onlar arasında bu cür hadisələr yaşana bilər. Hər kəs məktəbdə oxuduğu dövrdə bu cür problemlərlə rastlaşır. Təhsilin daha ciddi, ağrılı problemləri var. Biz bu problemlərə yönəlməliyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.