...

Hərbçilərin təhsil müddəti ilə bağlı yeni qayda müəyyən olunur

Cəmiyyət Materials 30 Noyabr 2023 17:06 (UTC +04:00)
Hərbçilərin təhsil müddəti ilə bağlı yeni qayda müəyyən olunur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik müzakirə edilib.

Parlamentdən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də, ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək.

Komitə sədri Ziyafət Əsgərov bildirib ki, həmçinin, layihədə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsini nəzərdə tutan dəyişikliyin gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi baxımından məqsədəmüvafiq olduğunu söyləyib.

O qeyd edib ki, sənəddə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur.

Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində hərbi xidmətdə olmalarının təmin edilməsi, onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti