...

Bakı-Sumqayıt yolunda tıxac problemi bitir? (VİDEOMÜSAHİBƏ)

Cəmiyyət Materials 1 Dekabr 2023 18:03 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda tıxac problemi bitir? (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq, əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Bəs, həmin istiqamətdə avtobuslar üçün hərəkət zolağının çəkilməsi tıxaclara necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ümumi tıxac meqapolislərdə gözlənilən bir haldır.

O qeyd edib ki, əsas məsələ tıxacın alternativləri olub-olmamasıdır.

"Çəkilən avtobus zolağı həmin alternativlərdən biridir. İctimai nəqliyyat tıxacda dayanmamalıdır. Onların üstünlüyünün təmin olunması və ayrılması üçün avtobus zolağı şəbəkəsi olmalıdır. Bu zolaq şəbəkəsinə sərt şəkildə nəzarət edilməlidir", - deyə o, əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti