Bakı. Trend:
Bakıda maşın qaçırılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qala qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birindən “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən orada işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.
Araşdırmalarla onun noyabrın 5-də həmin sexdən “VAZ-2107” markalı digər avtomobili qaçırması da müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.