...

Ötən ay Naxçıvanda 876 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alındı

Cəmiyyət Materials 5 Dekabr 2023 17:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq münasibətlərinin qanunvericiliklə tənzimlənməsi, vətəndaşların mülkiyyət hüquqlarının dövlət qeydiyyatının operativ yerinə yetirilməsi, torpaqların mühafizəsinə və onlardan təyinatı üzrə istifadəyə dövlət nəzarəti Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin noyabr ayında da prioritet istiqamət kimi müəyyənləşdirilib, göstərilən xidmətlər mütəşəkkil qaydada həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, vətəndaş müraciətlərinə əsasən bu ilin noyabr ayı ərzində ümumilikdə 876 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb. Bu dövrdə 689 texniki sənəd hazırlanıb. Həmçinin ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 93 daşınmaz əmlaka ünvanlar verilib. Naxçıvan Muxtar Respublikasında Ünvan Reyestri İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi, qanunvericiliyə uyğun olaraq ünvan məlumatlarının yenilənməsi və sistemləşdirilməsi məqsədilə Babək və Şahbuz şəhərlərinin yeni ünvan xəritələrinin layihəsi hazırlanıb.

Daxil olan vətəndaş müraciətlərinə əsasən ötən ay əmlakların məhdudiyyət və yüklülüyünə dair 153 arayış verilib, müvafiq dövr ərzində hüquqi və fiziki şəxslər tərəfindən elektron xidmətlərə 105 müraciət daxil olub. “ASAN xidmət” Mərkəzində göstərilən müvafiq xidmət növləri üzrə ümumilikdə 736 müraciət icra üçün qəbul olunub.

Hesabat ayı ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 925 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binası sənədləşdirilib.

Xidmət tərəfindən muxtar respublikanın bir sıra yaşayış məntəqələrində əmlak qeydiyyatı ilə bağlı əlçatanlığın təmin edilməsi və vətəndaşların xidmətlərdən yararlanması məqsədilə səyyar xidmətlər də təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti