Bakı. Trend:
Geyming dünyasının ən keyfiyyətli və sevimli istehsalçılarından olan ASUS oyun dünyasının həvəskarlarını sevindirməyə davam edir. Beləliklə, şirkət DLSS 3 və Reflex texnologiyalarına malik olan müasir NVIDIA videokartları ilə təchiz olunmuş TUF və ROG seriyalı yeni və unikal noutbuklar təqdim edib.
ASUS oyun noutbuklarında DLSS və Reflex texnologiyalarına malik Nvidia RTX videokartları
ASUS oyun noutbukları DLSS 3 və Reflex texnologiyalarına malik olan müasir NVIDIA videokartları ilə təchiz olunub.
Deep Learning Super Sampling (DLSS 3) yüksək keyfiyyətli təsvir saxlayan zaman kadrların tezliyini artırmaq üçün süni intellektdən istifadə edən texnologiyadır. Cyberpunk 2077, Alan Wake 2, Portal with RTX, Portal: Prelude RTX kimi ən tələbkar oyunlarda DLSS texnologiyasından istifadə edən zaman kadrların yüksək tezliyini əldə etmək olar.
Hazırda 360-dan çox müasir oyun NVIDIA DLSS funksiyasını dəstəkləyir, DLSS 3 isə artıq təqribən 50 oyunda dəstəklənir və hər biri özündə DLSS Super Resolution, Frame Generation и NVIDIA Reflex texnologiyalarını birləşdirir.
Reflex texnologiyası oyunun parametrlərinə daxildir prosessorla videokart arasında buferizasiyanın kənarlaşdırılması sayəsində idarəetmənin çevikliyini yaxşılaşdırmaq üçün yaradılıb. Yarış geymingində bu cür aspekt xüsusən vacibdir. Misal üçün, "Counter-Strike 2"də oyunçu daha yüngül idarəetmə və hədəfləmə əldə edir ki, bu da onun qələbə şansını artırır. Reflex ən müasir yarış oyunlarında əlçatandır, bu texnologiyanın dəstəyi ilə ümumilikdə 80-ə yaxın oyun çıxıb.
Qeyd etmək lazımdır ki, RTX NVIDIA videokartları həm də süni intellektin sürətləndirilməsi və hazırda sayı 110-a yaxın olan bütün populyar tətbiqlərdə qrafika ilə işləmək üçün şüaların istiqamətinin göstərilməsi üçün tətbiq olunur. Onlar süni intellekt vasitələrindən istifadə və yolun istiqamətinin göstərilməsi metodunun vizualizasiyası zamanı məhsuldarlığı artırmaq üçün NVIDIA videokartlarının tenzor və RT nüvələrindən istifadə edir. Yeri gəlmişkən, tətbiqlərdə iş zamanı maksimal stabilliyi və məhsuldarlığı təmin edən, iş və yaradıcılıq üçün optimallaşdırılmış NVIDIA Studio drayverlərini saytdan və ya "GeForce Experience" tətbiqində pulsuz yükləmək mümkündür.
İndi isə noutbuklarla bağlı:
"TUF Gaming A15\F15" qiymət və parametrlərin möhtəşəm uyumu
Ən populyar seriyalardan biri məhz "TUF Gaming" hesab olunur. Çünki onlar daima ən müasir "dəmir" və unikal imkanlarla təchiz olunub - əlçatan qiymətlər seqmentindəki digər noutbuklarda buna rast gəlmək mümkün deyil.
Bu noutbuklar seriyası həm geyming, həm də iş üçün uyğundur. 2023-cü ilin bu seriyadan olan yeni A15 və F15 noutbukları dizaynına görə bənzərdir, lakin içliyinə görə fərqlənir. F15 Intel, A15 isə AMD isə həll prosessoruna malikdir. ASUS burada da öz istifadəçilərini düşünüb, çünki məlum olduğu kimi, istifadəçilərin tərcihləri fərqlənir, bəziləri AMD, bəziləri isə Intel tərcih edir. Bu noutbuklar AMD və Intel əsaslı həm Ryzen 9 7940HS, həm də i9-13900H güclü prosessorları ilə təchiz oluna bilər.
ASUS oyun noutbuklarının bu modellərini yüksək rezolyusiyalı, 165 Hz yenilənmə tezliyinə malik və 100% rəng əhatəsinə malik keyfiyyətli QHD displeyi, termopaketi 140 vatta çatan NVIDIA GeForce RTX 4070 yüksək məhsuldarlığa qrafik prosessorlarla, aralarında HDMI 2.1, USB Type-C və USB-4 interfeyslərinin yer aldığı müasir interfeyslər toplusu ilə təchiz edib. Bu və digər aparıcı funksiyalara məlum olduğu kimi, əlçatan qiymətlər seqmentində yer alan digər oyun noutbuklarında çətin ki, rast gəlmək olsun.
Beləliklə, geymerlər öz sevimli oyunlarında yüksək keyfiyyətlə və yüksək kadrlar tezliyində qrafikanın azalması barədə hətta heç düşünmədən oynaya bilərlər. Soyutma sisteminə gəlincə, sistem uzunmüddətli oyun sessiyalarında noutbukun temperaturunu ən yüksək səviyyədə qoruyub saxlayır.
Bundan başqa, ASUS o cümlədən, ABŞ-nin "ML-STD-810H" hərbi-sənaye standartı üzrə ciddi keyfiyyət sınaqları aparıb və nəticədə bu noutbuklar qüsursuz etibarlılığı və iş stabilliyi ilə fərqlənib.
Əlçatan qiymətlər seqmentindəki yeni oyun nəhəngləri həmçinin, heç də ən ehtiyatlı olmayan davranışlara davam gətirmək gücündə olan möhkəm korpusa malikdir.
Beləliklə, bütün trendlər, möhtəşəm dizayn və güclü korpusla təchiz olunmuş "TUF Gaming A15\F15" noutbukları həm qiymət-keyfiyyət nisbətinə görə, həm də səmərəlilik, güclü parametrlər və unikal xüsusiyyətlər nöqteyi-nəzərindən möhtəşəm seçimdir.
"ROG Zephyrus Duo 16" - zəriflik və güc birdir
ASUS şirkətinin 2023-cü il istehsalı olan digər yeni noutbuku ROG Zephyrus Duo 16 həm öz möhtəşəm dizaynı, həm də ən son və səmərəli komponentləri ilə sizi məhz onu seçməyə yönləndirəcək. Çünki bu model sizə noutbukla işləmənin tamamilə fərqli səviyyəsini təklif edir.
Noutbuk həmçinin 4K rezolyusiyasını dəstəkləyən 14,1 düym diaqonala malik əlavə ROG ScreenPad Plus™ displeyinə malikdir. Bu, istifadəçiyə müxtəlif tətbiqləri işə salmasına imkan verir ki, nəticədə digər tapşırıqları yerinə yetirmək üçün oyun pəncərəsini minimuma endirmək zərurətini həmişəlik unutmaqla olar. Noutbukun təchiz edildiyi Windows 11 əməliyyat sisteminin imkanları cari prioritetlərdən asılı olaraq tətbiqlər arasında asanlıqla keçid etməyə və pəncərələri rahat yerləşdirməyə imkan verir. Bu isə öz növbəsində eyni anda bir neçə tapşırığı icra etməyə imkan verir.
Bununla da, geymer əlavə displeydə paralel olaraq digər tətbiqləri işə sala və bu zaman oyun oynamağa davam edə bilər. Səsli çat proqramlarını idarə etmək imkanı, ikinci displeydə xəritələrə, parametrlərə və oyunçuların məlumatlarına baxmaq imkanı sizi rahatlıqla təmin edəcək və bütün bu tapşırıqları icra etmək üçün oyun pəncərəsini bükməyinizə ehtiyac qalmayacaq.
Noutbukun qapağını açdıqda klaviaturaya doğru kiçik künc altında əlavə ekran avtomatik olaraq qalxır və əsas displey istiqamətində yerləşməklə vahid iş sahəsini yaradır. Bundan başqa, əlavə ekran açıldıqdan sonra "ROG AAS Plus 2.0" aerodinamik sistemi işə düşür. Beləliklə, əlavə ekran və noutbuk arasındakı məkan korpus daxilində hava axınlarının adi noutbuklarla müqayisədə 30% yaxşılaşdırılmış sirkulyasiyasına xidmət edir. "ROG Zephyrus Duo 16" effektiv soyutma sisteminin hətta uzunmüddətli oyun və ya mürəkkəb tapşırıqların icrası zamanı sizi stabil məhsuldarlıqla təmin edəcəyindən əmin ola bilərsiniz. Bundan başqa, maye metal əsaslı yüksək effektivliyə malik termointerfeys sayəsində prosessorun maksimal istilik gücü də artıb.
"ROG Nebula HDR"in 16:10 formatlı və QHD rezolyusiyalı əsas 16 düymlük displeyinin üstün sürət parametrləri onu ən dinamik oyunlar üçün ideal seçim edir: yenilənmə tezliyi 240 Hz-ə çatır, reaksiya müddəti isə cəmi 3 mikrosaniyədir.
"ROG Zephyrus Duo 16" noutbukunun üstün məhsuldarlığını güclü cihaz komponentləri təmin edir. Buraya maksimal versiyada "AMD Ryzen™ 9 7945HX" prosessoru və "NVIDIA® GeForce RTX™ 4090" noutbukları üçün videokart daxildir. Bu cür komponentlərlə siz hər hansı tapşırığı icra edərkən qətiyyən çətinlik çəkməyəcəksiniz. Çünki prosessor və videokart hazırda mövcud olan ən güclü prosessor və videokartlardan biridir. Prosessor mürəkkəb tapşırıqların öhdəsindən asanlıqla gəlir, videokart isə müasir oyun və tətbiqlərdə kadrların yüksək tezliyini təmin edir.
"ROG Zephyrus Duo 16" noutbukunun möhtəşəm dizaynı, əlavə displey funksiyası, eləcə də maksimal məhsuldarlığı bir arada toplanıb.
Geymerlərin arzusu - "ROG Strix SCAR 16\18" - əla soyutma imkanına malik ən güclü məhsuldarlıq
2023-cü il istehsalı olan "ROG Strix SCAR" noutbuklarının güclü məhsuldarlığı və kefiyyətlə həyata keçirilən soyutma sistemi müasir dəmirin potesialını tam kəşf etməyinizə imkan verəcək.
Məlum olduğu kimi, prosessor və videokart geymerlər üçün noutbuk seçimi zamanı ən vacib komponentlərdir və "Strix SCAR" seriyasının burada təklif edə biləcəkləri var! Bu noutbuklar ən yeni "Intel" prosessorları və "NVIDIA" videokartları əsasında yaradılıb. 24 nüvəli və 32 axınlı "Intel® Core™ i9-13980HX" prosessoru və "NVIDIA® GeForce RTX™ 4090" noutbukları üçün 175 Vt-dək termopaketə malik videokart yüksək məhsuldarlığı təmin edir. Mərkəzi və qrafik prosessorların termopaketini bu noutbuklarda yerləşdirdikdə isə, bu göstərici ("Dynamic Boost" texnologiyası və yüksək məhsuldarlıq rejimində istifadəçi parametrləri ilə birlikdə) 240 Vt-dək çatacaq. " NVIDIA® GeForce RTX™ 4090" videokartı sayəsində, misal üçün "Cyberpunk 2077" kimi maksimal qrafika parametrlərinə malik ən müasir və tələb olunan oyunlar istifadəçilər üçün əlçatandır.
Komponentlərlə yanaşı geymerə həm də yüksək yenilənmə tezliyinə malik mükəmməl displey lazımdır. "Strix SCAR" noutbukları 16 və 18 düymlük diaqonala malik ekranlarla təchiz olunub. Seriyanın hər bir modeli 16:10 formatlı, "QHD" rezolyusiyalı və 240 Hz-dək yenilənmə tezlyinə malik, əla təsir bağışlayan displey konfiqurasiyası təklif edir.
Hətta ən gərgin oyun anlarında belə effektiv soyutma və sistem stabilliyi təkmilləşdirilmiş "ROG Intelligent Cooling" soyutma sistemi sayəsində mümkündür. Buraya firma istehsalı olan üç ventilyatorlu termomodul, eləcə də korpusun bütün eni boyunca genişləndirilmiş radiator daxildir. Bunun sayəsində istiliyin paylanması üçün səth
sahəsinin böyüməsi 92,23% artıb, bütün korpus boyunca yerləşən ventilyasiya çıxışları isə istiliyin effektiv şəkildə çıxmasına kömək edir. Həmçinin, "Strix SCAR" seriyalı noutbuklar yeddi istilik borucuğu ilə təchiz olunub, "Thermal Grizzly Conductonaut Extreme" maye metal əsaslı termointerfeys isə artıq həm mərkəzi, həm də qrafik prosessor üçün istifadə olunmaqla onların məhsuldarlığını əvvəl mümkün olmayan göstəricilərə çatdırır.
Universal "ROG Zephyrus M16" noutbuku - yüngül çəki və qabaritlərlə yanaşı güclü məhsuldarlıq
ASUS istehsalı olan noutbuklar arasında öz seqmentində başqa bir unikal təklif isə "ROG Zephyrus M16" noutbukudur. Noutbuk güclü konfiqurasiyaya malikdir ki, buraya "Intel Core i9-13900H" prosessoru və "NVIDIA GeForce RTX 4090" videokartı daxil ola bilər.
Hamıya məlum olduğu kimi, maksimal komponentlər dəmiri çəkidə ağır və dizaynda kobud görünməsinə səbəb olur. Lakin "ROG Zephyrus M16" burada da öz incə və yüngül formatı ilə heyrətləndirir. Noutbuk cəmi 19,9 mm-lik heyrətamiz qalınlığa malikdir, çəkisi isə 2,1 kq-dır.
Noutbuk öz zərifliyini və yüngül çəkisini qoruyub saxlamaqla, korpusun bütün eni boyunca yerləşən üç ventilyator və radiator sayəsində təkmilləşdirilmiş soyutma sisteminə malikdir ki, bu da mühüm komponentləri daha effektiv şəkildə soyutmağa kömək edir. Noutbukun korpusunda yerləşdirilmiş yeddi istilik borusunun təkcə prosessor və videokartı deyil, həm də onların qidalanma sisteminin elementlərini soyutması da təqdirəlayiqdir. Bunun sayəsində bütün cihazın uzunmüddətli perspektivdə etibarlı və stabil işi təmin olunur.
Mini LED işıqlandırmalı 16 düymlük "ROG Nebula HDR" displeyi QHD+ (2K) rezolyusiyasına malikdir. Displey "Adaptive-Sync" adaptiv sinxronizasiyasını dəstəkləyir. Bu zaman 240 Hz yenilənmə tezliyi və 3 mikrosaniyə ərzində reaksiya müddəti sizi yüksək keyfiyyətli təsvir və möhtəşəm oyun prosesi ilə təmin edəcək. Noutbuk displeyin geniş işıqlandırma əhatəsi, " PANTONE® Validated" sertifikasiyası və "Dolby Vision®" texnologiyası sayəsində oyun oynamaqdan başqa, həm peşəkar qrafik tətbiqlər, həm də multimedia məzmunu ilə iş üçün ideal seçimdir. Yeri gəlmişkən, noutbukun ekranını tam 180 dərəcə açmaq olar ki, bu da qeyri-standart şəraitlərdə noutbukdan istifadənin əlavə ssenarilərini tapmağa imkan verəcək.
Noutbukun qeyri-adi dizaynını qeyd etməmək mümkün deyil! "ROG Zephyrus M16 (GU604VY-NM044X и GU604VY-NM040X)" modellərində tərz vurğusu olaraq displeyin qapağına çoxlu sayda miniatür işıq diodlarından (18710 nöqtə, 1711 işıq diodları) "ROG AniMe Matrix™" matriks displeyi yerləşdirilib. Bu displeyi mətn mesajlarının və sistem bildirişlərinin əks olunması, səsləndirilən audio siqnalın vizual müşahidə olunması və ya istənilən istifadəçi animasiyalarının əks olunması üçün tənzimləmək mümkündür. Bu isə noutbuk istifadəçisinin individuallığını ifadə etməyin əla üsuludur!
Ultra-incə, möhtəşəm dizayna malik, gücünə görə mükəmməl sayılan "Zephyrus M16" sizə universallığı hiss etdirəcək.
Sonda demək istərdik ki, ASUS Azərbaycan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Moldova, Gürcüstan ərazisində və rog.events saytında 2023-cü il 31 dekabr tarixinədək davam edəcək "ROG Holidays" aksiyası keçirir.
İki ay ərzində "RepublicofGamers (ROG)" oyun cihazlarının alıcıları tərəfdaş mağazalarda "Steam" hesablarında 50 dollar və "ROG Elite" proqramında 2000 bal ekvivalentində bonuslar əldə edəcəklər.
Aksiyada original platalar, videokartlar, noutbuklar, routerlər, monitorlar, oyun aksesuarları və portativ "ROG Ally" konsolu var. Ətraflı məlumatı https://rog.events/holidays saytından əldə edə bilərsiniz.
(Tərcümə: Rəna Əbdürəhmanova)