...

Xudatda bir sıra evləri və obyektləri su basdı (VİDEO)

Cəmiyyət Materials 13 Dekabr 2023 16:40 (UTC +04:00)
Xudatda bir sıra evləri və obyektləri su basdı (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barəfə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti