Bakı. Trend:
Bəzən olur ki, həkim, tibb işçisi süründürməçiliklə maneələr yaradır.
Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu kimi hallarda inzibati tənbeh həyata keçirilir.
“Son zamanlar müşahidə etdiyimiz problem sıxlıqla bağlıdır. Bunun həll yolu olaraq randevu sistemini düşündük. Hazırda 2 xəstəxanada pilot şəkildə tətbiq edirik.
Şikayət mənə gəlib çatdığı zaman görürəm ki, bəli, hansısa xidmət İTS çərçivəsində qarşılana bilər, amma vətəndaşa süni şəkildə maneələr yaradılıb. Bu cür hallarda inzibati və tənbeh qaydasında tədbir görülür”,- deyə o əlavə edib.