...

Xaçmazın iki qəsəbəsində evləri su basdı (VİDEO)

Cəmiyyət Materials 14 Dekabr 2023 16:57 (UTC +04:00)
Xaçmazın iki qəsəbəsində evləri su basdı (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağışlar nəticəsində Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti