Bakı. Trend:
Azərbaycanda məktəblilərin media savadlılığının inkişafı aktual mövzudur.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Bakıda keçirilən "Media savadlılığı" konfransı çərçivəsində panel müzakirəsində deyib.
Onun sözlərinə görə, ümumi təhsilin dövlət standartları digər səriştələr arasında informasiya savadlılığını da nəzərdə tutur.
"İnformasiya savadlılığı ayrı bir fənn kimi tədris oluna bilməz. Müvafiq mətnlər, tapşırıqlar, şəkillər və s. dil, tarix, informatika dərsliklərində var. Medianın İnkişafı Agentliyi ilə Elm və Təhsil Nazirliyi arasında bu istiqamətdə birgə əlavə layihələrin reallaşdırılması mövzusunda bir sıra görüşlər keçirilib", - o deyib.
Qeyd edək ki, dekabrın 20-də Medianın İnkişafı Agentliyi (MEDIA) tərəfindən "Media savadlılığı" konfransı təşkil olunub.
Konfransda Medianın İnkişafı Agentliyinin (MEDIA) icraçı direktoru Əhməd İsmayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, eləcə də Azərbaycanda fəaliyyət göstərən media subyektlərinin rəhbərləri, KİV nümayəndələri və bir sıra dövlət orqanlarından könüllülər iştirak ediblər.
(Tərcümə: Rəna Əbdürəhmanova)