Bakı. Trend:
Sərxoş vəziyyətdə və sürücülük hüquq olmadan nəqliyyat vasitəsi
idarə edən şəxs inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, dekabrın
18-də saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi
ərazisində “VAZ-21061” markalı avtomobil Baş Dövlət Yol Polisi
İdarəsinin əməkdasları tərəfindən nəzarət qaydasında
saxlanılıb.
Sürücü Ağsu rayon sakini Qafqaz İmaməliyevin sərxoş vəziyyətdə və sürücülük hüquq olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs olunub.