...

Bakı metrosunda xətlərə bəzədilmiş qatarlar buraxılacaq

Cəmiyyət Materials 27 Dekabr 2023 05:54 (UTC +04:00)

Bakı. Trend:

“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlərinə başlayıb. Bayram ovqatlı tədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində müxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması ilə başlanılıb.

Bakı metrosundan Trend-ə bildirilib ki, ənənəyə uyğun olaraq, qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Hər gün xətlərdə müxtəlif marşrutlar üzrə hərəkət edən bu qatarın ön hissəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yan hissələri isə Yeni ilin rəmzləri ilə bəzədilib. Yeni ilin ilk günlərinə qədər bəzədilmiş qatar xətlərdə hərəkət edəcək, yolkalar stansiyalarda olacaq.

Bakı metropoliteni 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər dəfə sərnişinlərinin xüsusi rəğbətlə qarşıladığı tədbirlərin hazırlığını da yekunlaşdırıb. Zəngin proqramlı tədbirlərə “İçərişəhər” stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızın şən şousu, Bəhram Bağırzadə ilə görüş, 4 stansiyada konsert proqramları daxildir.

“İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi də açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti