Bakı. Trend:
Azərbaycanda zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Şirvan stansiyasından 63 km cənubda Neftçala rayonunda zəlzələ qeydə alınıb. Yerin 47 km dərinliyində baş verən zəlzələ hiss olunmayıb.