...

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb - DİN

Cəmiyyət Materials 6 Yanvar 2024 12:41 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 5-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti