...

Bakıda iki məktəbli itkin düşdü

Cəmiyyət Materials 18 Yanvar 2024 09:46 (UTC +04:00)
Bakıda iki məktəbli itkin düşdü
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda iki məktəbli itkin düşüb.

Trend xəbər verir ki, 2007-ci il təvəllüdlü Məmmədov Amil Aqil oğlu yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

Bundan başqa Sabunçu rayonu, Maştağa qəsəbəsində 2007-ci il təvəllüdlü Nəzərova Zahirə Elnur qızı yanvarın 16-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti