...

AZAL Pakistanın daha bir böyük şəhərinə uçuşlara başlayır

Cəmiyyət Materials 26 Yanvar 2024 16:51 (UTC +04:00)
AZAL Pakistanın daha bir böyük şəhərinə uçuşlara başlayır

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

AZAL-ın Bakıdan Kəraçi şəhərinə ilk reysi aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti