...

Tam orta təhsilli bu hərbçilərə YENİ RÜTBƏ VERİLƏCƏK

Cəmiyyət Materials 27 Yanvar 2024 15:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tam orta təhsilli gizir və miçmanlara "Kiçik leytenant" hərbi rütbəsi veriləcək.

Trend xəbər verir ki, Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra "Kiçik leytenant" hərbi rütbəsi veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti