...

Kəlbəcərdə yollar qardan təmizləndi

Cəmiyyət Materials 30 Yanvar 2024 09:50 (UTC +04:00)
Kəlbəcərdə yollar qardan təmizləndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollar qardan təmizlənib.

Trend bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcərə yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb, yollar qardan təmizlənib.

Bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti