...

Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açıldı

Cəmiyyət Materials 31 Yanvar 2024 09:35 (UTC +04:00)
Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirilib. Aparılmış təhlillər nəticəsində Türkiyə Respublikası ilə sərhədin Sədərək-Dilucu arasındakı hissəsində vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvar ayının 30-dan etibarən sözügedən ərazidə yeni marşrut təşkil edilib.

İstifadəyə verilmiş marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcəkdir.

Xatırladaq ki, sərnişinlər Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində qalırdılar. Bu istiqamətdə yeni marşrutun salınması sərnişinlərin rahatlığının təmin edilməsi ilə yanaşı, həmçinin ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti