...

“Nargis” Fondu "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası ilə bağlı hesabatı paylaşıb (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2024 20:50 (UTC +04:00)

Bakı. Trend:

“Nargis” Fondu "Soyuq Əllər, isti Ürək" xeyriyyə yarmarkası ilə bağlı hesabatı paylaşıb.

Fondan Trend-ə daxil olan hesabatda deyilir ki, 2023-cü il dekabrın 1-dən 2024-cü il yanvarın 15-dək “Nargis” Fondu tərəfindən ənənəvi olaraq Fəvvarələr meydanında “Soyuq Əllər, isti Ürək” xeyriyyə yarmarkası keçirilib. Hesabatda yarmarka sponsorlarının, mesenatların, birbaşa fond rəhbərliyinin dəstəyi, yarmarkada evlərin satışı nəticəsində müalicə və əməliyyat xərcləri tam qarşılanmış ağır xəstəliklərdən əziyyət çəkən uşaqların siyahısı təqdim edilib. Uşaqların müalicə və əməliyyat xərcləri 660.740 AZN təşkil edib.

2023/2024 “Soyuq Əllər, isti Ürək” xeyriyyə yarmarkası çərçivəsində müalicə və əməliyyat olunan uşaqlar:

∙ Anastasia Akelova - 83 000 USD

∙ Yusif Kərimzadə - 55 000 USD

∙ Yasin Şabanov - 90 000 USD

∙ Kübra Əsgərzadə - 2 000 USD

∙ Cavad Abdullayev - 68 000 USD

∙ Dağnur Əmrahov - 83 000 USD

∙ Zəhra Mansurova - 10 000 USD

Fondun məlumatında bildirilir ki, hər bir uşağın sənədi və şəkli hesabata əlavə edilir. Həmçinin yaxın zamanda ayrı-ayrılıqda hər bir uşaq haqqında daha ətraflı məlumat fond tərəfindən təqdim olunacaq.

“Nargis” Fondu dəstək olmuş hər bir kəsə və hər bir quruma dərin minnətdarlığını bildirir. Qoy bütün uşaqlar sağlam böyüsün!


Mənbə: www.nargisfund.com

Xəbər lenti

Xəbər lenti