...

“Azərişıq” elektrik enerjisi sahəsində texniki itkilərin səviyyəsini 8 faizə endirib

Cəmiyyət Materials 21 Fevral 2024 03:15 (UTC +04:00)
“Azərişıq” elektrik enerjisi sahəsində texniki itkilərin səviyyəsini 8 faizə endirib

Bakı. Trend:

“Azərişiq” ASC üzrə texniki itkilərin səviyyəsi 8,6 faizə endirilib.

ASC-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir.

Elektrik enerjisi itkilərinin azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İtkilər yeni və daha səmərəli transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikilməsi, paylayıcı şəbəkələrin daha yüksək gərginlikdə çalışdırılması, cərəyan daşıma qabiliyyətinin azaldıması, güclərin proporsional bölüşdürülməsi və s. kimi tədbirlər vasitəsilə azaldıla bilər. İtkilərin azaldılması istiqamətində mühüm bir addım “smart” (ağıllı) sayğacların quraşdırılması işinin sürətləndirilməsidir, çünki bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır. İtkilərin azaldılması istiqamətində görüləcək tədbirlərdən biri də “smart” (ağıllı) şəbəkə elektrik təchizatının etibarlılığının, səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən qabaqcıl nəzarət-idarəetmə və yüksək sürətli telekommunikasiya texnologiyalarının tətbiqinə əsaslanır. “Smart” (ağıllı) şəbəkə texnologiyaları və vasitələri paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti, yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır, - deyə ASC-nin məlumatında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti