...

Naxçıvanda elektrik verilişində qısa fasilələr yaranacaq

Cəmiyyət Materials 4 Mart 2024 14:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhərinin H.Əliyev prospekti, İstiqlal və A.Cəlilov küçələrində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin istismarında olan ərazilərdə elektrik verilişi saat 15:00-dan 16:00-dək dayandırılacaq.

Analoji hal Babək rayonunun Kərimbəyli, Yarımca, Hacıvar, Badaşqan, Qahab, Naxışnərgiz, Dizə, Nəhəcir, Zeynəddin, Sirab, Kültəpə, Nəcəfalıdizə, Qaraqala, Kəlborucdizə, Şıxmahmud və Xəlilli kəndlərində də yaşanacaq.

Qeyd edək ki, fasilə elektrik xətlərində aparılan profilaktik təmir işləri ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti