...

Azərbaycan "DIMDEX 2024" sərgisində olub

Cəmiyyət Materials 5 Mart 2024 15:08 (UTC +04:00)
Azərbaycan "DIMDEX 2024" sərgisində olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində cənab A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti