...

Xəstəxananın qarşısında avtomobil saxlanılması üçün güzəşt tətbiq olunması təklif edilir

Cəmiyyət Materials 11 Mart 2024 11:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xəstəxananın qarşısında avtomobil saxlanılması üçün güzəşt tətbiq olunması təklif edilir.

Trend-in məlumatına görə, bunu deputat Fəzail Ağamalı Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, xəstəxanın qarşısına gedirsən, avtomobili saxlayıb düşən kimi cərimə olunursan.

“Olmazmı ki, xəstəxananın və digər müəssisələrin qarşısına avtomobil saxlanılması üçün 3 dəqiqə intervalında güzəşt tətbiq olunsun”, - deyə o, əlavə edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı Maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti