...

Sabirabadda 63 yaşlı kişi itkin düşüb

Cəmiyyət Materials 11 Mart 2024 12:02 (UTC +04:00)
Sabirabadda 63 yaşlı kişi itkin düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabad rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad rayon sakini, 1961-ci il təvəllüdlü Abbasov Afət fevral ayının əvvəlində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Abbasovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sabirabad Rayon Polis Şöbəsinə (055 289 99 62) məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti