...

Qubada qarlı dağlıq ərazidə qalan əcnəbiyə kömək göstərilib

Cəmiyyət Materials 13 Mart 2024 14:06 (UTC +04:00)
Qubada qarlı dağlıq ərazidə qalan əcnəbiyə kömək göstərilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qubada dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək edib.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən turizm şirkətinin əməkdaşı Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşı Sahoo Ramakantın əlverişsiz hava şəraiti ilə bağlı Quba-Susay-Xınalıq yolunda ucqar dağlıq ərazidə avtomobilinin qara batması və hərəkətsiz qalmasını bildirib.

Məlumat daxil olan kimi Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər.

S.Ramakant polis əməkdaşlarına minnətdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti