...

BEA və Azərbaycan COP29-un yol xəritəsini müzakirə ediblər

Cəmiyyət Materials 23 Mart 2024 23:12 (UTC +04:00)
BEA və Azərbaycan COP29-un yol xəritəsini müzakirə ediblər
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev COP29-un yol xəritəsinin mərhələləri müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə F.Birol "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycanın COP29-a sədrliyinə BEA-nın dəstəyi və onun uğurunun təmin edilməsi ilə bağlı Kopenhagendə COP29 prezidenti Muxtar Babayev ilə əla görüş keçirilib. Biz COP29 yol xəritəsinin əsas mərhələlərini və BEA ilə Azərbaycan arasında əməkdaşlığın detallarını müzakirə etdik", - deyə o bildirib.

Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar dekabrın 11-də Dubayda rəsmən elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti