...

Yevlaxda 13 nəfər saxlanılıb

Cəmiyyət Materials 1 Aprel 2024 11:27 (UTC +04:00)
Yevlaxda 13 nəfər saxlanılıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda cinayətlərə və hüquqpozmalara qarşı tədbirlər görülüb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və silah-sursat əldə etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Nəticədə 2 kiloqram narkotik vasitə və psixotrop həb, 1 "Kalaşnikov" avtomatı, 1 "Makarov" tapançası və 1 ədəd yivli silah aşkarlanıb. Vətəndaşlardan 5 ədəd ov tüfəngi götürülüb.

Həmçinin keçirilən tədbirlərlə oğurluqlar edən 3, axtarışda olan 7 nəfər saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən son 15 gündə yol hərəkəti qaydalarını pozan 770 sürücü barəsində protokollar tərtib edilib. Konstruksiya dəyişikliyi edən 96, səbədsiz avtomobil idarə edən 78, spirtli içki və narkotikin təsiri altında sükan arxasında əyləşən 10, avtoxuliqanlıq edən 2 sürücü məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti