...

Mart ayı ərzində 165 nəfər zəhərlənib, 9-u ölüb

Cəmiyyət Materials 3 Aprel 2024 09:08 (UTC +04:00)
Mart ayı ərzində 165 nəfər zəhərlənib, 9-u ölüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən bildirilib.

Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti