Bakı. Trend:
Bu ilin dövlət büdcəsi xərclərinin 43 faizi sosial yönümlü xərclərə sərf edilməsi nəzərdə tutulub.
Trend xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O qeyd edib ki, büdcə xərclərinin demək olar yarısı sosial sahəni əhatə edir.
"Sosial sahədə davamlı islahatlar həyata keçiriləcək. İnanırıq ki, cari və növbəti illərdə də sosial ödənişlərin məbləğlərində artımlar ediləcək. Bununla bağlı öncədən məlumat vermək düzgün olmazdı", - deyə H.Məmişov bildirib.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 143,7 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 128,3 min) nəfər, əlilliyə görə - 47,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 217,7 min (müvafiq olaraq 46,7 min və 209,5 min) nəfər, ailə başçısını itirməyə görə - 57, 2 min (56,1 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,4 min (24,3 min) nəfər olub.