Bakı. Trend:
Bu gün saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır:
"Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Qeyd edək ki, Beyləqanda fəhlə aparan avtobus aşıb, yaralılar var. Zəngilandan gələn "İSUZU" markalı avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus su kanalına aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.