...

Qusardan Qubaya oğurluğa gələn şəxs həbs edildi

Cəmiyyət Materials 9 Aprel 2024 10:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qusardan Qubaya oğurluq etmək üçün gələn şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayonun Alekseyevka kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən, Qusar rayon sakini Tahir Azayev saxlanılıb.

Həmin şəxs talama məqsədilə tanımadığı şəxsə məxsus evə gizlin daxil olub və oradan qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Azayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti