...

İlin birinci rübündə 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cəmiyyət Materials 10 Aprel 2024 13:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-mart aylarında 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən Trend-ə bildiriblər ki, onlardan 44,2 min nəfəri münasib işlərlə təmin edilib, 683 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Sözügedən dövrdə Agentlik tərəfindən 3,4 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 50,3 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Xəbər lenti

Xəbər lenti