...

Naxçıvanda qaya uçqunu oldu (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2024 15:10 (UTC +04:00)
Naxçıvanda qaya uçqunu oldu (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Batabatda qaya uçqunu olub.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, muxtar respublika ərazisində güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci km- də qaya uçqunu baş verib. Nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.

Qeyd edilib ki, dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb və sözügedən yolla rahat, təhlükəsiz hərəkət təmin edilib.

Xəbər lenti

Xəbər lenti