Bakı. Trend:
Aprelin 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11°, gündüz 15-20° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Aprelin 13-də Azərbaycanın rayonlarında da havanın əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə
arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək
çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı
var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 20-25°, dağlarda gecə 0-5°,
gündüz 7-12° olacaq.