...

Ağdamda minaya düşənlər Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2024 18:20 (UTC +04:00)
Ağdamda minaya düşənlər Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün mina partlayışı nəticəsində xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Trend xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Xatırladaq ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti