...

Xankəndidə silah-sursat aşkarlandı

Cəmiyyət Materials 15 Aprel 2024 10:16 (UTC +04:00)
Xankəndidə silah-sursat aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 13-də və 14-də Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 2 tüfəng, 15 qumbara, 6 ədəd alışdırıcı, 68 patron darağı, 6316 ədəd müxtəlif çaplı patron, 5 ədəd süngü-bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti