...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 24 Aprel 2024 11:28 (UTC +04:00)
Sabahın hava PROQNOZU
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 23-28° olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18°, gündüz 27-31°, dağlarda gecə 8-13°, gündüz 15-20° olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti