Bakı. Trend:
Azərbaycan rəqəmsallaşmaya çox böyük önəm verir.
Trend xəbər verir kk, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “GSMA M360 Eurasia 2024” konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafa töhfə verir.
“Bu səbəbdən rəqəmsal inkişaf strategiyası hazırlanıb. Hər bir ailədə internetə əlçatanlığın mümkünlüyü üçün çalışırıq. 2024-cü ildə interneti bütün bölgələrə, xüsusən də ucqar bölgələrə çatdırmağa çalışacağıq.
Mobil əlaqəliliyə gəldikdə isə “Azercell” çox gözəl şəbəkə performansı göstərir. 300-dən çox baza qurmaqla öz internet keyfiyyətlərini artırıb.
Digər bir layihəmiz isə dövlət qurumlarının bulud əsaslı sistemlərinə keçididir. 100-dən çox dövlət qurumu məlumatları bu sistemdə yerləşdirib. Kibertəhlükəsizlik sahəsində mərkəz qurulub və növbəti illərdə 1000 nəfər kibertəhlükəsizlik sahəsində təhsil alacaq”, - deyə S.Məmmədov bildirib.
Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.