...

Artıq Şəhidlər Xiyabanında əmimizi ziyarət edəcəyimiz bir yerimiz var - Şəhidin qardaşı oğlu

Cəmiyyət Materials 23 May 2024 12:55 (UTC +04:00)
Artıq Şəhidlər Xiyabanında əmimizi ziyarət edəcəyimiz bir yerimiz var - Şəhidin qardaşı oğlu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Sumqayıt. Trend:

Hekayəsi ilə böyüdüyümüz əmimizi biz bu gün torpağa tapşırdıq.

Trend xəbər verir ki, bunu şəhid əmisinin adını daşıyan Cavid Ələkbərov Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavid Ələkbərovun dəfni zamanı deyib.

O bildirib ki, , Allah bütün şəhid, itkin əzizini gözləyən anaları arzularına qovuşdursun:

"Allah ordumuzu qorusun. Mən əmimin adını daşıyıram və Vətən müharibəsi iştirakçısıyam. Ali zirvə bizə qismət olmadı, amma biz şəhidlərin açdığı cığırla gedirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim əmim Murovdağ istiqamətində döyüşüb. Bu gün ürəyimiz rahatdı, artıq Şəhidlər Xiyabanında əmimizi ziyarət edəcəyimiz bir yerimiz var"

Qeyd edək ki, şəhid Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-da Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olub.1993-cü ildə Milll Ordu sıralarında həqiqi hərbi xidmətə çağrılıb.

Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Məlumatlara görə şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.

Xəbər lenti

Xəbər lenti