Bakı. Trend:
Arzum budur ki, Şuşada təhsil alaraq kompüter mühəndisi olum.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Calal Mikayılov deyib.
Onun sözlərinə görə, indi 15 yaşı var. Şuşada təhsilini davam etdirmək, Şuşada yaşayıb yaratmaq niyyətindədir.
“Yaxınlarımın hər zaman mənə xoş xatirələr danışdığı Şuşada yaşamağı sözlə ifadə etmək mümkün deyil. Şuşaya böyük sevgi ilə gedirəm”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Şuşa şəhərinə 32 ailə - 125 nəfər köçürülüb. Beləliklə indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.