Bakı. Trend:
Dünyanın ən hündür tikilisi olan, Dubaydakı “Bürc-Xəlifə” qülləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının dövlət bayrağının rənglərinə bürünüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Dubayda Baş Konşulluğu məlumat yayıb.
Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.