...

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 29 May 2024 17:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah saat 00:00-dan 07:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Trend bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti