...

Məcburi köçkünlük dövründə Şuşa həsrəti həmişə ürəyimizdə olub - Şuşa sakini

Cəmiyyət Materials 30 May 2024 07:06 (UTC +04:00)
Məcburi köçkünlük dövründə Şuşa həsrəti həmişə ürəyimizdə olub - Şuşa sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Keçmiş məcburi köçkünlük dövründə Şuşa həsrəti hər zaman ürəyimizdə olub.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini İsmayılov Fəxrəddin deyib.

Onun sözlərinə görə, 39 yaşında Şuşadan çıxmaq məcburiyyətində qalıb. Həmin vaxt üç uşağı ilə Şuşanı tərk edib.

"Allah Prezidentimizi qorusun, qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Şükürlər olsun artıq öz yurdumuza qayıdırıq. Bütün şuşalıları təbrik edirəm", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Şuşa şəhərinə 15 ailə - 57 nəfər yola salınıb. Beləliklə Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Xəbər lenti