Bakı. Trend:
2024-cü ilin may ayında 2,8 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 56,6%-ni kişilər, 43,4%-ni isə qadınlar təşkil edib.