...

Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 17 İyun 2024 15:29 (UTC +04:00)
Xaçmaz rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, şərəfli işlərində uğurlar arzulayıb.

Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səyyaf Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa edilərək müasir avadanlıqlarla təmin edilir.

Xaçmaz rayonunda bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Xudat şəhərində müasir tələblərə cavab verən yeni tibb ocağı inşa olunur.

Tədbirdə çıxış edən tibb işçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup səhiyyə işçisinə rayon icra hakimiyyətinin Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti