Bakı. Trend:
İyunun 23-ü saat 9:00-a olan məlumata əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə
şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı
yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə
saatlarında Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala
rayonlarına diametri 20 mm-dək olan dolu düşüb. Şimal-qərb küləyi
əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.