...

IDEA-nı ziyarət etməkdən və ətraf mühitin mühafizəsi üzərində səylə çalışan fəallarla görüşməkdən məmnun oldum - İnger Andersen

Cəmiyyət Materials 27 İyun 2024 14:38 (UTC +04:00)
IDEA-nı ziyarət etməkdən və ətraf mühitin mühafizəsi üzərində səylə çalışan fəallarla görüşməkdən məmnun oldum - İnger Andersen
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən IDEA İctimai Birliyinin ofisini ziyarət etməkdən və ətraf mühitin mühafizəsi üzərində səylə çalışan fəallarla görüşməkdən məmnun oldum.

Bu barədə Trend-in sualına cavab olaraq BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda keçirilən birgə brifinqdə deyib.

Andersen Azərbaycanda gənclərin bir çox münasibətdə getdikcə liderə çevrildiyini qeyd edib.

"Dəyişikliklər valideynlərindən suyu açmağı xahiş edən balacalardan tutmuş müəyyən qaydalara etiraz edən yeniyetmələrə qədər, həmçinin, əmək bazarına çıxan gənclər arasında baş verir. Gənclərin bu dəyişikliklərə təsir etmək imkanı var, çünki gənclər sadəcə növbəti nəsil deyil, gələcəkdir.

Bu səbəbdən rəhbər vəzifə tutanların yerlərini verərək, gəncləri prosesə cəlb etmələri vacibdir. Naziri və onun komandasını СОР29-un təşkilatçılığına görə alqışlayıram, axı onların gənc nümayəndəsi var və gəncləri danışıqlar masasına dəvət etməklə onlar üçün yer ayırıblar. Bu, vacib və əhəmiyyətlidir. Dünən IDEA-nı ziyarət etməkdən və ətraf mühitin mühafizəsi üzərində səylə çalışan fəallarla görüşməkdən məmnun oldum. Gənclərin burada, Azərbaycanda öz töhfələrini vermək üçün ruh yüksəkliyini və səylərini gördüm", - deyə o qeyd edib.

Qeyd edək ki, son zamanlarda ətraf-mühitin mühafizəsi istiqamətində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti danılmazdır.

Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, hər bir layihə gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşir. Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir.

Qısa müddət ərzində təşkilat ölkə daxilində, həmçinin xaricdəki fəaliyyəti ilə uğurlara imza atır, həyata keçirdiyi müxtəlif layihələr və tədbirlərlə ekoloji şüurun formalaşmasına, ekoloji təhsilin artırılmasına xidmət edir. Belə ki, gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi 1-ci Azərbaycan Ətraf Mühit Forumu və digər müxtəlif layihələr birliyin əldə etdiyi nailiyyətlərdəndir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti