...

Yasamalda qaz kəsiləcək

Cəmiyyət Materials 28 İyun 2024 10:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Bakının Yasamal rayonunun 7-ci Sallaqxana küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə 28.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Vasif Əliyev, Zaur Kərimov, Dadaş Bünyadzadə, 7-ci Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti