...

Mərkəzləşdirilmiş imtahanla 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib

Cəmiyyət Materials 9 İyul 2024 12:05 (UTC +04:00)
Mərkəzləşdirilmiş imtahanla 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib.

Trend xəbər verir ki, bunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu”, “Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul” ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

“2023-cü ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə 2 dəfə imtahan keçirilib. Cari ildə məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib.

Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxıntərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlardan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti